Qadın təyyarədə dava saldı - Hamınızı öldürəcəyəm! - VİDEO - FOTO

OXUNUB: 388 MARAQLI

ABŞ-ın populyar loukoster aviaşirkətlərindən olan "Southwest Airlines"ın təyyarələrindən birində yaşanan olayı polis araşdırır.

Təyyarənin ayaqyolunda siqaret çəkən qadın qaydaları pozduğu aşkarlananda həyasızlığa başlayıb, qışqırıb, bağırıb, ətrafındakıları hədələyib.

"Mənə əl vurmayın! Yaxın gəlməyin! Bu uçuşda hamınızı öldürərəm! Harada ürəyim istəsə, orada siqaret çəkəcəyəm!" - qadın qışqırıb, stüardessaları və sərnişinləri hədələyib.

Portlend şəhərinin hava limanından səmaya qalxan və Sakramentoya 2943 reysi ilə uçan təyyarədəki ayaqyolunda "rahat" siqaret çəkmək üçün tüstü detektorunu sıradan çıxaran qadını zorla sakitləşdiriblər.

Təyyarədə 5 nəfər heyət üzvü və 136 sərnişin vardı.

Təyyarə Sakramentoda yerə enəndən sonra polis qadını saxlayıb./milli


 

İcmal.Az

Qadın təyyarədə dava saldı - Hamınızı öldürəcəyəm! - VİDEO - FOTO


Qadın təyyarədə dava saldı - Hamınızı öldürəcəyəm!

RƏYLƏR