Qadın voleybolçularımız qalib gəldilər

OXUNUB: 784 İDMAN

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə "A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

 Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən 3 setdə Azərbaycan voleybolçuları qələbə qazanıblar. Beləliklə, oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq, qrupla liderliyi ələ keçirib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

İcmal.Az


RƏYLƏR