Qadının çantasını oğurlayan həbs olundu

OXUNUB: 645 HADİSƏ

Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini A.Əhmədovanın çantasını soyğunçuluq yolu ilə alan paytaxt sakini N.Ağamalıyev tutulub.

Avqustun 16-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Almagül Əhmədovanın içərisində 192 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb.

İcmal.Az xəbər verir ki ,Daxili İşlər Nazirliyi baş vermiş hadisə haqda açıqlama yayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nizami Ağamalıyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.

 

 

 

İcmal.Az

RƏYLƏR