Qadınları Türkiyəyə aparan Səkinə məhkəmə qarşısında

OXUNUB: 780 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 qadını Türkiyəyə aparıb orada fahişəliyə məcbur etməkdə təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

S.Zamanova istintaq zamanı polisin nəzarətinə verilməklə həbs edilməyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Səkinə Zamanova ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Bursa və İstanbul şəhərlərinə aparıb. Orada qadınları pul ödənişi müqabilində kişi müştərilərlə görüşdürüb, insan alveri edərək pul qazanmaqda ittiham edilir.

 İcmal.Az


RƏYLƏR