“Qala Həyat Sığorta”nın İFLAS EDİR: VƏZİYYƏT PİSDİR

OXUNUB: 2966 GÜNDƏM İQTİSADİYYAT
"Qala Həyat Sığorta” şirkəti bu ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin aktivləri ilin əvvəli ilə müqayisədə azalıb.

Qaynarinfo kommersant.az-a istinadən xəbər verir ki, bu il iyulun 1-nə "Qala Həyat Sığorta”nın aktivləri 33 milyon 977 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 12,8% azdır. Yanvar-iyun aylarında şirkətin öhdəlikləri 28,85% azalaraq 14 milyon 186 min manata düşüb, balans kapitalı isə 4,1% artaraq 19 milyon 791 min manata çatıb.

Qeyd edək ki, "Qala Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqindən 0 (sıfır) bal toplayıb.
 


RƏYLƏR