"Qalatasaray" Matias Rossu transfer edib

OXUNUB: 445 Özəl İDMAN
"Qalatasaray" Danimarka təmsilçisi "Olborq BK"da çıxış edən 21 yaşlı müdafiəçi Matias Rossu transfer edib. Mathias Rossun axşam saatlarında İstanbulda olacağı gözlənilir.

7NEWS.az xəbər verir ki, Danimarka mətbuatında yer alan xəbərlərə görə, "Olborq" 21 yaşlı müdafiəçi Matias Rossu "Qalatasaray"a göndərib. Komandanın kapitanı da olan gənc futbolçu sağlamlıq müayinəsindən keçmək üçün Türkiyəyə yollanıb. "Qalatasaray"ın Aalborqa təxminən 1,5 milyon avro ödəyəcəyi yazılıb.

7NEWS.az

RƏYLƏR