“Qalib xalqın sağlam gəncləri” layihəsi sona çatdı

OXUNUB: 507 SOSİAL İDMAN
Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan "Gənc Velosipedçilər” İctimai Birliyi "Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.

Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda "Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 

RƏYLƏR