Qalmaqallı aktyor: O hərəkəti etsəydi, direktorun başın kəsərdim

OXUNUB: 706 ŞOU-BİZNES

Tanınmış aktyor Rza Rzayev 220 saylı məktəb-liseyin direktorunu təhqir edərək hədələməsinə münasibət bildirib.

 O, əlində başqa faktların olduğunu qeyd edib:

"Bizim də əlimizdə faktlarımız var və istintaq orqanlarına təqdim edəcəyik. Videonun alt yazısındakı sözlərin çoxu yanlışdır, mən elə sözlər deməmişəm. Tək səsimi versələr, bəs idi. Orada yazılıb ki, bacımdan adının mənasını soruşub, ona görə əsəbiləşmişəm. Elə bir şey etsəydi, onun başını kəsərdim.

Filoloqdur, anasından, bacısından adının mənasını soruşsun. Neçə ildir ki, orada işləyən müəllimləri tanıyıram. Hər biri namuslu, şərəfli Azərbaycan qadınıdır. Direktorun müəllimləri tək-tək çağırıb adının mənasını soruşması əxlaqa sığan hərəkət deyil.

İnternetdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bunun altında başqa mənalar yatır. Müəllimlərin adının mənası ilə maraqlanırsa, iclasda soruşsun. Tək-tək otağına niyə çağırır? 

Əlimizdə başqa faktlar da var. Direktor bacımdan tələb edib ki, hazırlıq pulları yığılıb ona verilsin. Zeynəb isə bunun qanunsuz olduğunu deyib və etiraz edib”.

Rzayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verdiyini deyib: 

"Hazırda hüquqi müstəvidə iş gedir. Hansı qanun pozuntusuna yol vermişəmsə, peşman deyiləm. Ən ağır cəzanı almağa hazıram”./oxu

İcmal.Az

RƏYLƏR