Qalmaqallı “Sipark” hələ də mənzilləri təhvil vermir

OXUNUB: 835 İQTİSADİYYAT SOSİAL
"Sipark” inşaat şirkəti Bakının Təbriz küçəsində pilot layihənin tikintisini neçə ildir yekunlaşdırmır. 

Hit.Az-a verilən məlumata görə, evləri sökülən sakinlər uzun müddətdir kirayələrə köçürülüblər. Amma şirkət tərəfindən yeni binanın inşası yubadılır və təhvil verilmir.

Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı "Evrostoy – S” MMC olan "Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Ümumiyyətlə, "Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Təsadüfi deyil ki, bu yaxınlarda AMEA ilə "Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən görülən bir layihənin fırıldağı üzə çıxmışdı.

Ümumiyyətlə, son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir.
 
 
7News.Az

RƏYLƏR