Qanunsuz zəbt olunan sahələr yenidən sakinlərin kütləvi istifadəsinə verildi - VİDEO

OXUNUB: 291 SOSİAL

İsmayıllıda qanunsuz zəbt olunmuş örüşlər yenidən əhalinin ümumi istifadəsinə verilir.

Rayonun Quşencə, Qalınçaq, Kürdmaşı kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur.

Bir neçə gün öncə sakinlərin çoxsaylı şikayətləri nəzərə alınıb və rayon icra hakimiyyətinin rəhbərliyi həmin kəndlərə baş çəkib. Örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüş keçirilib.

Karantin qaydalarına əməl olunaraq təşkil olunmuş görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, eyni zamanda bunlara şərait yaratmaq və ya göz yummağın qanunazidd olduğu izah olunub. Bundan sonra həmin ərazilərin ətrafına çəkilən çəpərlər sökülüb, maneə yaratmaq üçün bir sıra hissələrdə qazılan arxlar torpaqla doldurulub.

Zəbt olunan örüş sahələri yenidən yerli sakinlərin tam istifadəsinə verilib.


RƏYLƏR