Qanunu pozmaq istəməyən tibb bacısını qandalladılar - VİDEO - FOTO

OXUNUB: 958 MARAQLI DÜNYA

ABŞ-ın Yuta ştatındakı Solt-Leyk Siti şəhərində vəzifə səlahiyyətlərini tam dürüst icra edən və qanunu pozmaq istəməyən tibb bacısının qandallaması ilə bağlı böyük qalmaqal yaşanır.

Tibb bacısı Aleks Uebbelsdən polis huşsuz vəziyyətdə olan pasiyentdən qan nümunəsi almağı tələb edib.

Tibb bacısı isə bunun üçün məhkəmə orderinin və ya pasiyentin razılığının şərt olduğunu söyləyərək polis əməkdaşlarının tələbini yerinə yetirmək istəməyib.

Polis əməkdaşı sinirlənib: "Buradan ya kolbadakı qanla, ya da səni sürüyərək gedəcəyəm" deyib.

Daha sonra isə o, A.Uebbelsin qollarını buraraq biləklərinə qandal vurub və polis maşınına aparılıb. Avtomobildə 20 dəqiqə saxlanılan A.Uebbels buraxılıb.

Tibb bacısına qarşı zorakılıq tətbiq edən polisin Solt-Leyk Siti şəhər polis departamentinin əməkdaşı Ceff Peyn olduğu aydınlaşıb.

 

C.Peynlə bağlı araşdırma başlanıb. Araşdırma başa çatanadək o, məcburi məzuniyyətə çıxarılıb.

"Bu polis əməkdaşı mənə qarşı zorakılıq etdi, məni aşağıladı. Kimsə ona mane olmadı", - ABŞ-ın xizəksürmə üzrə Olimpiya yığmasının sabiq üzvü A.Uebbels deyib./milli

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qanunu pozmaq istəməyən tibb bacısını qandalladılar

RƏYLƏR