Qapıçı hiyləgərlik etdi, futbolçular iftarı açdılar

OXUNUB: 820 İDMAN

Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Tunis yığması iki yoldaşlıq oyununda özünü sınayıb. Hər iki qarşılaşma zamanı maraqlı anlar yaşanıb. Tunis yığmasının qapıçısı Mue Assen futbolçuların iftarı açmasını təşkil etmək üçün özünü zədəli kimi göstərib. 

İcmal.Az xəbər verir ki, idmançı günəşin batmasından sonra hər iki oyunda qazona uzanıb və hakimə zədələndiyini deyib.

Bu yolla heç bir zədəsi olmayan qapıçı oyunu 3-4 dəqiqə yubadıb. Nəticədə futbolçular iftarlarını su və xurma ilə aça biliblər. Tunis yığması heç bir oyunda qalib gələ bilməyib. 

Faktla bağlı yığma rəsmiləri heç bir açıqlama verməyiblər. Assen isə heç bir simulyasiyadan söhbət getmədiyini deyib. 

Tunis yığmasının növbəti yoldaşlıq oyunu iyunun 9-da İspaniyaya qarşı olacaq. 

İcmal.Az

RƏYLƏR