Qapıya "tətilə çıxdıq" yazıb hamilə həyat yoldaşını öldürdü

OXUNUB: 873 DÜNYA
İstanbulda qorxunc cinayət hadisəsi baş verib.
 
Ata oğlu və gəlinindən xəbər ala bilmədiyi üçün evlərinə gedib. O, gəlinini qanlar içində görüb. 
Gördüyü mənzərə qarşısında şoka düşən ata polisə zəng edib. 
Məlum olub ki, başından tək güllə ilə vurulan 6 aylıq hamilə qadının həyatını itirib. 
Qeyd edək ki, mənzilin qapısının çölündə "Üç həftəlik tətilə çıxdıq" yazısı tapılıb. 
Prokurorluq hadisələ bağlı araşdırma aparıb. 
Cinayətkar ər bir oteldə nəzarətə alınaraq həbs olunub. Bu zaman yoldaşını öldürdüyü silah da üzərində olub. O, bildirib ki, yoldaşı "qarnımdakı uşaq səndən deyil" dediynə görə bu əməli törədib. Haqqında 6 aylıq hamilə yoldaşını, qəsdən öldürdüyü iddiasıyla ağırlaşdırılmış ömürlük həbs istənib.
Erencan E. yaxın zamanda Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq./big
 
İcmal.Az

RƏYLƏR