Qarğa hava proqnozu proqramına müdaxilə etdi – VİDEO

OXUNUB: 659 DÜNYA

ABŞ-da studiyaya daxil olmuş qarğa KTVU telekanalının hava proqnozu proqramını alt-üst edib.

Proqramın aparıcısı Mark Tamayo San-Fransiskonu gözləyən hava şəraiti ilə bağlı danışan zaman şəhərin görüntüsünü çəkən kameraya qarğanın qonduğunu görüb.

O, kadrdan çıxaraq kanalın seyirçilərini "çağırılmamış qonağa” tamaşa etməyə dəvət edib. Quş bir neçə dəfə kameranın obyektivinə baxıb, daha sonra uçaraq ərazini tərk edib, aparıcı isə proqramı davam etdirib.

Telekenalın canlı yayımına daxil olmuş qarğanın videosu beş gün ərzində 190 mindən çox baxış sayı və 170-dən çox şərh toplayıb./oxu

İcmal.Az

RƏYLƏR