“Qarabağ” – APOEL matçının hakimləri dəqiqləşib

OXUNUB: 45 AZƏRBAYCAN İDMAN
Avropa Liqasının qrup mərhələsinin III turunun "Qarabağ” – APOEL matçının hakimləri açıqlanıb. Oktyabrın 24-dəki matçı slovakiyalı hakimlər idarə edəcək. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunun baş hakimi Filip Qlova, köməkçiləri Frantişek Ferens və Yan Pozor olacaq. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma saat 20:55-də başlayacaq. 

RƏYLƏR