“Qarabağ” – “Çelsi” matçı rekord vurdu

OXUNUB: 746 İDMAN

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ” – "Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı "Borussiya” - "Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.

Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.

Lakin "Qarabağ” – "Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun "Qarabağ” – "Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.

Həmin turun  rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

E qrupu

"Spartak” (Rusiya) - "Maribor” (Sloveniya) - 1:1

(42920)

"Sevilya” (İspaniya) - "Liverpul” (İngiltərə) - 3:3

(39495)

 F qrupu

"Mançester Siti” (İngiltərə) - "Feyenoord” (Hollandiya) - 1:0

(43548)

"Napoli” (İtaliya) - "Şaxtyor” (Ukrayna) - 3:0

(10573)

 G qrupu

"Beşiktaş” (Türkiyə) - "Porto” (Portuqaliya) - 1:1

(36919)

"Monako” (Fransa) - "Leypsiq” (Almaniya) - 1:4

(9029)

 H qrupu

"Borussiya” (Dortmund, Almaniya) - "Tottenhem” (İngiltərə) - 1:2

(65849)

APOEL (Kipr) - "Real” (İspaniya) - 0:6

(19705)

 22 noyabr

A qrupu

MOİK (Rusiya) - "Benfika” (Portuqaliya) - 2:0

(27709)

"Bazel” (İsveçrə) - "Mançester Yunayted” (İngiltərə) - 1:0

(36000)

B qrupu

PSJ (Fransa) - "Seltik” (Şotlandiya) - 7:1

(46288)

"Anderlext” (Belçika) - "Bavariya” (Almaniya) - 1:2

(19753)

C qrupu

"Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) - 0:4

(67100)

"Atletiko” (İspaniya) – "Roma” (İtaliya) - 2:0

(56253)

D qrupu

"Sportinq” (Portuqaliya) - "Olimpiakos” (Yunanıstan) - 3:1

(42528)

"Yuventus” (İtaliya) - "Barselona” (İspaniya) - 0:0

(40876)

İcmal.Az

RƏYLƏR