"Qarabağ İncilərinin Avropa Sədası" adlı layihənin ilkin görüşləri başlayıb

OXUNUB: 647 Özəl QHT SOSİAL
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Gənclər Azad Sabhibkarlıq Fəaliyyətində" İctimai Birliyinin İdarə Heyətinin sədri Kəmalə Məmmədli, İdarə Heyətinin üzvü Günay Həsənli "Şuşa ili" çərçivəsində Fransanın Paris şəhərində keçirilən "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihənin ilkin görüşlərinə qatılıblar.

Silsilə görüşlər 3 noyabr 2022-ci il tarixində Paris Azərbaycan Mədəniyyət evində keçirilib.
İlk öncə Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye ilə Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfindən həyata keçirilən "Qarabağ İncilərinin Avropa Sədası" adlı layihə müzakirə olunub. 
İdarə Heyətinin sədri Kəmalə Məmmədli gənclərin rolunun artırılmasında dövlət dəstəyindən və Fransada məskunlaşmış ermənilərin Azərbaycana qarşı əsassız, qeyri adekvat münasibətlərinin gələcəkdə iki ölkənin gəncləri arasındaki işgüzar əlaqələrin qurulmasına mənfi təsir göstərəcəyindən narahat olduğunu qeyd edib. Deputat Andre Vilye bu halların baş verməməsi üçün uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra heyət UNESCO-nun xoşməramlı səfiri Hedva Ser və "Feminin Pluriel Global" təşkilatının prezidenti Alexandra Origetlə görüş keçirib. Görüşdə UNESCO-nun xoşməramlı səfiri Hedva Ser qısa zaman öncə Azərbaycanda olduğunu, Şuşanın gözəlliyinə heyran olduğunu bildirib. Layihənin UNESCO-nun maraqlarına uyğun olduğunu və bu cür yenilikçi bir layihənin Fransada keçirilməsinin düzgün addım olduğunu qeyd edib.
İdarə Heyətinin üzvü Günay Həsənli
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindən və milli-mənəvi dəyərlərə xidmət edən layihələrin Agentlik tərəfindən daim dəstəyi haqqında məlumatları fransalı nümayəndələrin diqqətinə çatdırıb.

Sonuncu görüşdə Frankofoniya ölkələrinin sahibkarlıq təşkilatı ilə görüşülüb. İki ölkənin gənc sahibkarları və təşkilatları arasında yeni qurulacaq əlaqələr müzakirə olunub. "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin fəaliyyətində gənclərin əməyindən söhbət açıllb.
 
Açıklama yok.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR