Qarabağ qazisi telekanalları qınadı: İşğalda olan şou-biznesdir, yoxsa Qarabağ?

OXUNUB: 896 SİYASƏT

2016-cı ilin aprel döyüşlərində qəhramanlıq göstərən və döyüşlərdə gözünü və ayağını itirən Azərbaycan ordusunun baş leytenantı Kamil Musəvi telekanallardakı vəziyyətlə kəskin şəkildə qınayıb.

İcmal.Az-ın məlumatına görə, qazımiz TV-lərdə vətənpərvərliyin təbliğ olunmasının vacib olduğunu bildirib.

"Nə vaxt televiziyanı açıram şou proqramlar, nə vaxt televiziyanı açırıq şou verilişlər. Başa düşə bilmirəm bizim işğalda olan şou-biznesimizdir ya torpaqlarımız. Mən bunu kiməsə irad tutmaq üçün demirəm. Bunu ürək ağrısı ilə deyirəm. Bunu bizim gənclərimiz izləyir. Bunu bizim cəmiyyətimiz izləyir. Bizim bu gün bir şeyə ehtiyacımız var. Oda vətənpərvərlikdir. Vətənpərvərlik təbliğ olunmalıdır. Vətənpərvərlik bu cəmiyyətə çatdırılmalıdır. Gənc nəsil vətənpərvər ruhda böyüdülməlidir”.

İcmal.Az

RƏYLƏR