Qarabağa görə İrəvan AYAĞA QALXDI: istefa tələbi

OXUNUB: 1058 SİYASƏT
Ermənistanın Kassasiya məhkəməsinin binası önündə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin keçmiş "müdafiə naziri” Samvel Babayanın azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.

Etirazçılar S.Babayanın fotosu olan plakatları qaldıraraq, baş prokuror Artuq Davtyanı istefa verməyə çağırıb.

Aksiyada "siyasi dustaqlara azadlıq” şüarları səsləndirilir.

Hazırda məhkəmə ötən il keçmiş prezident Serj Sarkisyana sui-qəsd ittihamı ilə həbs olunan Babayanın şikayəti üzrə işə baxır. Etirazçılar Babayanın məhkəmə salonundan azad olunmasını tələb edirlər./publika

İcmal.Az

RƏYLƏR