Qarabağa görə Yerevana dərhal beynəlxalq təzyiq göstərilməlidir — Denis Denisov

OXUNUB: 496 SİYASƏT
Erməni KİV-inin xəbərinə görə, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün prinsipləri səsləndirib. Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyan işğal edilmiş Azərbaycan torpaqlarına səfər edib, Xarici İşlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan bəyan edib ki, Yerevan təktərəfli kompromislərə getməyəcək. Erməni tərəfinin bu aktivliyinin pərdə arxasında nələr var?
Ola bilsin ki, Zoqrab Mnatsakanyan Qarabağa ona görə səfər edib ki, separatçı rejimi sakitləşdirsin. Separatçı rejim Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenberqə göndərdiyi məktubu qızğın şəkildə müzakirə edir. Məktubda Paşinyan alyansla daha sıx əlaqəyə hazır olduğunu bildirib və vurğulayıb ki, Qarabağ münaqişəsi buna mane olur. Eyni zamanda erməni baş nazir bir il ərzində erməni qoşunlarını Dağlıq Qarabağdan çıxaracağına söz verir. Yerevanda bu məktubu saxta adlandırıblar. Amma işğal altındakı Qarabağda fəaliyyət göstərən separatçı rejim ciddi şəkildə təşvişə düşüb.

İcmal.Az xəbər verir ki, Media.Az baş verənlərə Rusiyanın Konfliktologiya və Sülhməramlı Təşəbbüs institutunun direktoru Denis Denisovla aydınlıq gətirməyə çalışıb.

- Erməni parlamentinin spikeri Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Yerevanın gördüyü prinsipləri səsləndirdi. Birincisi, problemin sülh yolu ilə həllidir. İkincisi, problemin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasıdır. Və bitdi...

- Təəssüflər olsun ki, bir sıra münaqişələrin nizamlanmasında bu tip ritorikalar səsləndirilir. Nizamlanmanın həqiqi mənası görüntü ilə əvəz edilir. Bu tip bəyanatlar sadəcə açıq-aydın olanı göstərmir, onlar sadəcə lazım deyil və eyni zamanda danışıqlara müsbət təsir etmir. Bu tip bəyanatları problemi nizamlamağa maraqlı olmaq, konstruktiv yanaşmanı inkişaf etdirməyə cəhd də adlandırmaq olmaz.

Münaqişə siyasi iradə varsa, nizamlana bilər. Bu səbəbdən Qarabağ məsələsində səsləndirilən bu tip bəyanatlar anlaşılmazlığa səbəb olur. Əgər erməni tərəfi real olaraq münaqişənin nizamlanmasında maraqlıdırsa, nizamlama prosesini dəstəkləyən konkret təkliflər səsləndirməlidirlər. Bu təkliflər isə real olmalı və qarşı tərəf üçün qəbuledilən olmalıdır. İndi aydındır ki, Ermənistanın siyasi rəhbərliyi Qarabağ münaqişəsinin tam həll edilməsində maraqlı deyil.
- Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan bəyan edib ki, Yerevan Qarabağ üzrə təktərəfli kompromis fikrini istisna edir. Məsələ burasındadır ki, Anna Nağdalyan təktərəfli kompromisin nə olduğunu izah etməyib. Biz bilirik ki, danışıqlar Madrid prinsiplərinə əsaslanır və bu prinsiplərə görə, erməni qoşunu Azərbaycanın işğal edilmiş bir neçə rayonundan çıxarılmalıdır. Sonra isə kommunikasiya əlaqələrinin qurulması vəs. Amma Yerevan qoşunlarını işğal edilmiş torpaqlardan çıxarmağa hazırlaşmır. Bunu Paşinyan oğlunu işğal edilmiş Azərbaycan torpağına hərbi xidmətə göndərməklə təsdiq edib. Bəs hansı kompromisdən söhbət gedir?

- Diqqət edin, burada hər şey əvvəl qeyd etdiyim kimi, siyasi iradədən asılıdır. Donbass məsələsi ilə bağlı nümunə göstərim. Hələ 2015-ci ildə "Normand formatı” çərçivəsində qoşun birləşmələrini çıxarmaq və demilitirazsiya bölgələri yaratmaq barədə qərar qəbul edildi. İki zonada qoşunlar çıxarıldı, birindən isə çıxarılmadı. Bu, Luqansk stansiyasıdır. Siyasi həll və iradə yox idi. Ukrayna prezidenti Vladimir Zelenski seçildikdən sonra vəziyyət dəyişdi və qoşunlar çıxarıldı. Bu, siyasi iradənin göstəricisidir.

Bu səbəbdən də Qarabağ məsələsində də təklif edilən təklifləri reallaşdırsan siyasi iradə olmalıdır. Amma bu baş vermirsə, münaqişə tərəflərindən birinin təklif edilən sülh planını həyata keçirməyə imkanı olmadığını açıq-aydın gözlər önünə sərir. Bu bədbəxtçilikdir.
Yerevana beynəlxalq təzyiq göstərilməlidir. Bu, Azərbaycan və Minsk qrupunun həmsədrləri üçün daimi mövzu olmalıdır. Çünki söhbət konkret detalları ehtiva edən nizamlama planından gedir.

Ermənistanda ictimai rəydən danışa bilərlər, guya xalq nizamlama planının əleyhinədir. Amma problemin həlli üçün bir neçə variant var. Birincisi, ictimai rəyi lazım olan tərəfə yönəltmək lazımdır.

İkincisi, əvvəlcə razılaşdırılmış öhdəlikləri icra etmək, planı reallaşdırmaq, sonra isə cəmiyyətə qərar qəbul etməyin vacibliyini başa salmaq olar.
Üçüncüsü, lazım olan hər şeyi etmək və heç kəsə heç nəyi başa salmamaq olar.

İcmal.Az

RƏYLƏR