Qarabağda ermənilər bir-birini güllələyirlər – YENİLƏNİB

OXUNUB: 804 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistanın istintaq orqanları əsgər Ovsep Qriqoryanın ölümünə səbəb olmuş halları araşdırır.

 İnsident yanvarın 28-də, saat 16:25-16:45 radələrində, döyüş postunda baş verib.

Osvep Qriqoryan əsgər yoldaşının silahı ilə ölümcül yaralanıb.

İlkin məlumatlara görə, insident digər hərbi qulluqçunun silahla davranış qaydalarını pozması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi açılıb.Əsgərin ölümündə günahı olduğu iddia olunan hərbçi saxlanılıb.

11:18

İşğal altında olan Dağlıq Qarabağda erməni hərbi qulluqçusu həlak olub.

 Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Ovsep Qriqoryan silahla davranış qaydalarını pozması nəticəsində ölümcül güllə yarası alıb.

Hadisənin təfərrüatı araşdırılır./oxu

 

İcmal.Az

RƏYLƏR