Qarabağda Ermənistanı yerlə yeksan edəcək “İLDIRIMSÜRƏTLİ HÜCUM” PLANI - Düşmən SƏKSƏKƏDƏ

OXUNUB: 791 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb.

Hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj Sarkisyanla Rusiyanın adamı olan baş nazir Karen Karapetyan arasında mübarizə gedir. Ekspertlər hesab edir ki, Sarkisyan Rusiyanın dəstəklədiyi Karapetyana məğlub olmamaq üçün klassik üsluba – Dağlıq Qarabağda gərginliyin yaradılmasına əl atacaq.

"Ermənistan milli konqresi” partiyasının sədr müavini Vardan Malxasyan isə İrəvan daxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür.

"Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır. Xüsusilə "aprel müharibəsi” yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa Azərbaycan "ildırımsürətli hücum” planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki "aprel müharibəsi” nəticənin necə olacağını indidən deməyə imkan verir”, - deyə o bildirib./publika
İcmal.Az

RƏYLƏR