Qarabağda işğalçı öldürülüb

OXUNUB: 933 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

İşğal altında olan Dağlıq Qarabağda, təmas xəttində Ermənistan ordusunun əsgəri öldürülüb.

İcmal.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Yayılan məlumata görə, hərbi bölmələrdən birinin döyüş mövqeyində baş verən atışmada 1998-ci il təvəllüdlü Qriqor Yeqoyan ölümcül yaralanıb.

Hadisənin səbəblərinin müəyyən edilməsi üçün istintaq aparılır.

İcmal.Az

RƏYLƏR