Qarabağda ölən erməni əsgərin meyiti tapılmır

OXUNUB: 1056 DÜNYA
Qarabağın şimal istiqamətində, Madagiz hərbi hissəsinin yaxınlığında yerləşən su anbarında boğulan erməni əsgərlərdən biri, 19 yaşlı Ruben Mnatsakanyanın cəsədi hələ də tapılmayıb.

İcmal.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Armlur.am saytına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan bildirib. 

Onun sözlərinə görə, axtarış tədbirləri davam etdirilir. 

Xatırladaq ki, mayın 8-də əsgər Ruben Mnatsakan Barseğyan (1998-ci il), Rafayel Artur Bişaryan (1997-ci il) və Ruben Hovannes Mnatsakanyan (1998-ci il) avtomobillə su anbarına düşüb. Axtarış nəticəsində Ruben Barseğyan və Rafayel Bişaryanın cəsədləri tapılıb.
İcmal.Az

RƏYLƏR