"Qarabağ"dan möhtəşəm qələbə: 5:0, Yenilənib

OXUNUB: 979 İDMAN

 

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilir. İCMAL.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” doğma meydanda Gürcüstanın "Samtredia” komandasını qəbul edib.

Ağdam klubu oyunun 10-cu dəqiqəsində hesabı açıb. Qazanılan penaltı zərbəsini Əfran İsmayılov qola çevirib.

Oyunun 37-ci dəqiqəsində isə Ndlovu fərqi 2 topa çatdırıb.

İlk hissəyə əlavə olunan vaxtın ilk saniyələrində isə "Qarabağ" daha bir penalti şansı qazanıb.  Bu dəfə də Ndlovu dəqiq zərbə vuraraq fərqi 3 topa çatdırıb.

Bununla da ilk hissənin sonunda hesab 3:0 "Qarabağ"ın xeyrinə olub.

Oyunun 82-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Guerier komandasının 4-cü qolunu vurub. Oyunda sonuncu qol isə 90+2-ci dəqiqədə vurulub. Bu dəfə Miçel fərqlənərək oyundakı son hesabı müəyyən edib. Beləliklə, oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk hissədə baş məşqçi Qurban Qurbanov klubun lideri sayılan kapitan Rəşad Sadıqovu meydandan çıxarıb. Kapitanı "Qarabağ”ın yeni transferi Yakub Jezniçak əvəzləyib.


RƏYLƏR