"Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu

OXUNUB: 974 İDMAN
Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması keçirilib.


İcmal.Az  qol.az-ın məlumatına istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə  Azərbaycan çempionu "Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12, cavab matları isə iyulun 18-19-da keçiriləcək. 

Matçın dəqiq vaxtı yaxın saatlarda açıqlanacaq.
 
İcmal.Az

RƏYLƏR