Qaradağda yaşayış binasında YANĞIN - Sayğaclar alışdı

OXUNUB: 479 HADİSƏ
Bakının Qaradağ rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 3 mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

RƏYLƏR