Qaradağda yeni həbsxana tikilir

OXUNUB: 789 SOSİAL
"Bakının Qaradağ rayonunda, Umbakı qəsəbəsində yeni, müasir standartlara cavab verən həbsxana inşa olunur”.


Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.
 
İdarə rəisi qeyd edib ki, bu həbsxana inşa olunarkən aparıcı beynəlxalq təcrübədən istifadə olunub: "Hətta Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi həbsxananın inşası zamanı onun proyekti ilə tanış olub. Burada məhkumların asudə vaxtının təşkili, onların idmanla məşğul olması və cəmiyyətə tam reabilitasiya olunması məqsədilə müasir standartlara cavab verən şəraitin yaradılması ilə bağlı bu təşkilatın tövsiyələri mövcud olub. Beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir həbsxana inşa olunur və yaxın zamanlarda tikintisi tamamlanacaq”.  
 
Qeyd edək ki, Qobustan həbsxanasının Umbakı qəsəbəsində inşa olunan yeni həbsxanaya köçürülməsi nəzərdə tutulub./apa
 

İcmal.Az

RƏYLƏR