Qardaşının 8 aylıq hamilə arvadını öldürdü - Şillə üstündə

OXUNUB: 807 DÜNYA

Türkiyədə 25 yaşlı Suriya vətəndaşı Abdulbasid Əl Məhəmməd 8 aylıq hamilə olan qardaşı arvadını şillə üstündə öldürüb.

Hadisə Konya bölgəsində baş verib. Gəlinləri ilə mübahisə edən Məhəmməd bir anlıq ona şillə vuran gəlinləri 38 yaşlı Amirə Alyassoufu itələyib. Qadın zərbədən yerə yıxılıb. Daha sonra qadına ürəyindən bıçaq zərbəsi endirib. Təcili tibbi yardımla xəstəxanaya aparılan Amirə Alyassoufun 8 aylıq hamilə olduğu və zərbədən körpəsini itirdiyi məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd saxlanılıb. O, polisə ifadəsində hadisəni belə təsvir edib: "Mən kağız toplayıb ailəmi dolandırıram. Qardaşımla evlərimiz yaxındı. Qardaşım bizim yaşadığımız əraziyə yeni köçüb, o gələnə qədər evimdən oğurluq olmurdu. Ancaq son zamanlarda evimdən əşyalarımın oğurlandığını hiss etdim. Axşam həyat yoldaşımla birlikdə qardaşımın evinə getdim. Qapını gəlinimiz açdı. Əşyalarımı niyə oğurlayıb satırsan? soruşdum. Heç olmasa satdıqlarının pulunu ver. Mübahisə düşdü və gəlinimiz mənim üzümə şillə vurdu. Mən də üstümdəki bıçaqla onu vurub qaçdım".

Yaralı qadına ilk yardımı qonşular edib. Aminənin itirdiyi körpəsindən başqa 5 övladı var. Həkimlərin səylərinə baxmayaraq, qadın da xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb./publika


İcmal.Az

RƏYLƏR