Qarlı havalarda Gəncədə 5 yol qəzası qeydə alınıb-RƏSMİ

OXUNUB: 447 HADİSƏ
"Gəncə şəhərində yollar qardan təmizlənsədə sakinlərdən xahiş olunur ki,mümükün qədər nəqliyyat vaistələrindən az istifadə etsinlər,istifadə edərkən avtomobillərin qış rejimi hazırlığını təmin etsinlər və ara məsafəsini gözləsinlər" 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis baş leytinantı Eşqin Qasımov bildirib. Açıqlamada həmçinin qeyd olunub ki,ötən sutka ərzində Gəncə şəhərində 5 yol nəqliyyat hadisəsi baş verib

"Baş verən yol nəqliyyat hadisələrində xəsarət alan olmayıb,avtomobillərə yüngül zərər dəyib.Piayadalardan xahiş olunur,səkilərdən və yalnız piyada keçidlərindən istifadə etsinlər və bu cür hava şəraitində daha diqqətli olsunlar.Sevindirici haldır ki,bu cür hava şəraitində heç bir piyada vurma faktı qeydə alınmayıb.Gəncə şəhər Baş Polis İdarəsinin,Dövlət Yol Polis Şöbəsinin,Post-patrul xidmətinin əməkdaşları şəhr ərazisində xidmətlərini davam etdirir,vətəndaşlardan xahiş olunur ki,axşam tərəfi və gecə saatlarında hava şəraitinin kəskin dəyişə biləcəyi ehtimal olunduğundan nəqliyyat vaistələrindən minimum dərəcədə az istifadə etsinlər,zərurət olmadan evlərini tərk etməsinlər"-deyə E.Qasımov əlavə edib

RƏYLƏR