Qaxda avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb

OXUNUB: 535 HADİSƏ
Qaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb. Hadisə Qax-İlisu avtomobil yolunda baş verib.

Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı maneəyə vurub. Qəzadan sonra sürücü M.Mirzəyev, avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

RƏYLƏR