Qayınana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar – VİDEO + YENİLƏNİB

OXUNUB: 863 SOSİAL

Samux rayonunda özünün və ərinin valideynləri tərəfindən işgəncələrə məruz qalan P.İ. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdiriləcək.

İB-in sədri Mehriban Zeynalova Oxu.Az-a açıqlamasında, sözügedən insidentlə bağlı Samux rayon Polis İdarəsilə və zərərçəkmişin özü ilə əlaqə saxladığını bildirdi:

"Samux rayon polis rəisinin müavini ilə danışdım, qaynanagil tərəfdən gəlinin başının qırxılması məsələsini təkzib etdilər. Yəni qırxılmayıb, saçı kəsilib. Hazırda Gəncə xəstəxanasında olan zərərçəkmişlə danışdım. Vəziyyəti stabildir. Xəstəxanadan sonra arzu etsə sığınacağa daxil olacaq. Ondan soruşdum ki, ər və ya ata evinə qayıtmaq ehtimalı varmı? Dedi ki, xeyr. Bizim sığınacağa gəlməsini təmin edəcəm”.

25 iyul (11:49)

Samux rayonunda gəlinin özünün və ərinin valideynləri tərəfindən işgəncələrə məruz qalması hadisəsinin təfərrüatı məlum olub.

 Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qayınatası, qayınanası və əri tərəfindən döyülüb, başı qırxılıb. Sonra P.İ. atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.

Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb.

Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhərrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.

10:04

Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.

Hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ. qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırma aparılır./oxu

İcmal.Az

RƏYLƏR