Qayınata və qayınanasını öldürən şəxsdən XƏBƏR VAR

OXUNUB: 825 HADİSƏ

Sumqayıt Apellyasiya Məhkəməsində qayınana və qayınatasını öldürməkdə təqsirləndirilən Bayram Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il iyulun 17-də çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, qətl hadisəsi 2013-cü ilin yanvarın 2-də, Abşeron rayonu Novxanı bağlar massivində baş verib. Belə ki, 36 yaşlı Bayram Həsənov qayınanası Rəfiqə Hüseynovanı və qayınatası Nəzər Hüseynovu öldürüb. 

B.Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib. Burada onlar arasında mübahisə baş verib. Mübahisə zamanı B.Həsənov özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qayınanası və qayınatasını öldürüb. O, hadisəni törədəndən sonra qaçıb. Amma çox uzağa gedə bilməyib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onu Binəqədi rayonu ərazisində saxlayıb.
O, ilkin ifadəsində deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl isə B.Həsənovun 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib.

Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn B.Həsənov burada onlarla mübahisə edib. O, mübahisə zəminində əvvəl havaya atəş açıb, ardıcıl olaraq əvvəl qayınanasını, sonra da qayınatasını odlu silahla qətlə yetirib.
B.Həsənov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.5-ci tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Həsənov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

 

Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib və B.Həsənovun barəsində yeni hökm çıxarılıb.
Belə ki, onun əməlində ittiham olunduğu CM-nin 29,120.2.4, 29,120.2.5, 29,120.2.7-ci maddələrinin tərkibinin olmaması nəticəsinə gəlinib və həmin maddələr üzrə ona bəraət verilib. Həmçinin B.Həsənova CM-nin 120.2.5-ci maddəsi artıq verilmiş ittiham kimi nəzərə alınıb və həmin maddə ittihamdan xaric edilib.

Hökmə əsasən, B.Həsənovu CM-nin 120.2.4, 120.2.7, 228.1 və 229.1-ci maddələri ilə təqsirli biliblər və ona 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı B.Həsənovuun cəzasının ağırlaşdırılması ilə bağlı protest verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökmünü ləğv edərək, cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıb./report

 

İcmal.Az

RƏYLƏR