Qaz hasilatımız azalıb

OXUNUB: 946 İQTİSADİYYAT

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 2 465,6 mln. kubmetr qaz hasil olunub.

İcmal.Az xəbər verir ki, may ayında şirkətin hasilatı 508.1 milyon kubmetr təşkil edib. 2017-ci ilin 5 ayı ərzində Azərbaycan üzrə qaz hasilatının həcmi isə 11 724,9 mln. kubmetr olub. Qaz hasilatı 5 faiz azalıb. 

Qeyd edək ki, göstərilən dövrdə Azərbaycan 3,097,742.36 min kubmetr təbii qaz ixrac edib. İxrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.

İcmal.Az

RƏYLƏR