Qazax Müalicə Diaqnostika Mərkəzində BİABIRÇILIQ! Həkim yaşlı pasientə hörmətsizlik etdi

OXUNUB: 41 GÜNDƏM HADİSƏ
Qazax Müalicə Diaqnostika Mərkəzində pasientə qarşı hörmətszilik edib. Belə ki, mərkəzin oftolmoloqu Şəfa Əliyeva müayinə üçün ona müraciət edən xəstəyə qeyri-etik, kobud cavablar verərək otaqdan çıxarıb. 

Bu barədə Hit.az-a Salehova Ülkər Həmid qızı şikayətçi olub.  66 yaşlı Ü.Salehovanın bildirdiyinə görə, iş saatının bitməsinə saatlar qala Ş.Əliyevanın qəbuluna düşmək istəyib, ancaq həkim "istirahət edirəm çıx bayıra” deyərək onu otağından çıxarıb: 
"Saat 12:30 radələri idi. Mən səhər tezdəndən növbəmi tutub gözləmişəm. Köməkçisi bildirmişdi ki, həkim qəbul edəcək. Növbəm çatan zaman gözümün müayinəsi üçün otağa daxil oldum. Həkim Şəfa Əliyeva isə mənə qeyri-etik tərzdə, kobudcasına, ağır ifadələrlə cavab verərək otaqdan çıxardı. Mən 44 il Azərbaycan dili - Ədəbiyyat müəllimi işləmişəm. Belə bir kobudluğa rast gəlməmişəm. İndi belə həkimlər deyəsən nə müəllim sayır, nə yaşlı…” 


Məsələ ilə bağlı həkimin özü ilə əlaqə saxlayıb açıqlama almaq istəsək də o bu dəfə də kobudluğundan geri qalmayıb:

"Jurnalist kimdir ki, mənə zəng edir. Gedib kimə şikayət edir etsin. Nazirliyə şikayətiniz də mənə maraqlı deyil. Yaxşı etmişəm, əlimin içindən gəlib”- ifadələrindən istifadə edərək dəstəyi asıb. 
Aldığımız məlumata görə, bu hal ilk dəfə baş vermir. Şəfa Əliyeva Qazax Müalicə Diaqnostika Mərkəzində pasientlərə qarşı qeyri-etik davranışlarını uzun müddətdir davam etdirir. 

RƏYLƏR