Qazaxda intihar məqsədi ilə özünü su kanalına atan şəxs xəstəxanada ölüb

OXUNUB: 541 HADİSƏ

Qazaxda 26 yaşlı kişi özünü kanala ataraq intihar edib

Qazax rayonunda gənc oğlan özünü su kanalına ataraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ağköynək kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Elşən oğlu İsgəndərov dostunun "ciyər axşamı" gecəsindən çıxdıqdan sonra intihar məqsədi ilə özünü kanala atıb. Ağır xəsarət alan şəxs bir neçə gündən sonra xəstəxanada keçinib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda 125.1 (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işaşlanıb, araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR