Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

OXUNUB: 814 SİYASƏT

Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.

İcmal.Az

RƏYLƏR