Qazaxıstan referenduma gedir

OXUNUB: 298 Özəl DÜNYA
Qazaxıstanda insanlar 27 ildən sonra konstitusiya dəyişikliyi üçün iyunun 5-də seçkiyə gedəcək.

7NEWS.az xəbər verir ki, Qazaxıstan xalqı 27 illik fasilədən sonra konstitusiya dəyişikliyinə iyunun 5-də keçiriləcək referendumda səs verəcək. 30 avqust 1995-ci il tarixli son referendumdan sonra ölkənin müstəqillik tarixində keçiriləcək ikinci referendumda seçicilərə "Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi” sualı veriləcək. Mayın 6-da dövlət qəzetində dərc olunan Konstitusiya dəyişikliyi ilə bağlı qanun layihəsində super-prezident modelindən prezident modelinə keçid və parlamentin rolunun gücləndirilməsi öz əksini tapıb.

İcmal.az

RƏYLƏR