Qazaxıstana 48 kq qızıl keçirmək istəyən azərbaycanlı tutulub

OXUNUB: 658 HADİSƏ

Nazarbayev aeroportunda Azərbaycan vətəndaşından 2 milyon dollarlıq qızıl tutulub.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşları Astananın "Nursultan Nazarbayev” beynəlxalq aeroportunda 2 milyon dollarlıq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Əvvəlcədən daxil olmuş əməliyyat məlumatı sayəsində avqustun 19-da "İstanbul-Astana” reysi ilə uçan sərnişin, 1980-ci ildə anadan olmuş Azərbaycan vətəndaşının adına olan yük saxlanılıb. Axtarış zamanı yükün içərisindən 48 kiloqram ağırlığında, ümumi dəyəri 2 milyon dollardan yuxarı olan müxtəlif qızıl-zinət əşyaları tapılıb. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

İcmal.Az

RƏYLƏR