Qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq

OXUNUB: 687 İQTİSADİYYAT

Azərbaycanda qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq.

İcmal.Az-ın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib:

"Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi: 

"O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıb.

Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir”.

İcmal.Az

RƏYLƏR