“Qəbələ Festivalı”: Sarmısaq, ət, noxud mürəbbəsi – FOTO

OXUNUB: 1062 SOSİAL

Qəbələdə, "Qafqaz” otelində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçirilir.

 Festivala 22 ölkədən təmsilçilər qatılıblar. 

Festivala qatılan iştirakçıların hər biri öz ölkəsinin mətbəxinə aid mürəbbə növlərini nümayiş etdirirlər. Azərbaycanın 44 şəhər və rayonunda əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələr nümayiş olunur.

Qeyd edək ki, festivalda Rusiyanın təmsilçiləri qarağat - sarmısaq mürəbbəsi, Türkiyə ət mürəbbəsi ilə diqqət çəkiblər.

Tovuz rayonundan olan festival iştirakçıları vafli, brokolli, Gəncə təmsilçiləri noxud mürəbbəsi təqdim ediblər.

Tədbiri keçirməkdə əsas məqsəd ölkədə turizmin inkişafına dəstək verməkdir./oxu

 

İcmal.Az

RƏYLƏR