“Qəbələ” – “Zirə” matçında qalmaqal: Polis məşqçini itələdi – VİDEO + FOTO

OXUNUB: 1069 İDMAN

"Qəbələ” – "Zirə” matçında gərginlik baş verib.

İcmal.Az baku.ws-ə istinadən xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. 74-cü dəqiqədə qonaq komandanın futbolçusu Viktor İqbekoyi hesabı açsa da, uzatma dəqiqələrində meydan sahiblərinin kapitanı Cavid Hüseynov penaltidən bərabərlik qolunu vurub.

Penalti epizodunda "Zirə”nin baş məşqçisi Ayxan Abbasov və futbolçular etiraz etsələr də, qərar dəyişməyib. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. "Zirə” isə ilk dəfə xal itirib.

Ancaq daha sonra vəziyyətə müdaxilə edən polislə baş məşqçi arasında, həmçinin futbolçularla münaqişə yaranıb. Polislərdən birinin Ayxan Abbasovu kobud şəkildə itələməsi futbolçuların daha da qəzəblənməsinə səbəb olub.

 

İcmal.Az

RƏYLƏR