Qəbələdə avtomobil iki piyadaları vurub: Ölən var

OXUNUB: 835 HADİSƏ

Qəbələ rayonunda avtomobil iki piyadanı vurub.

İcmal.Az DİN-in saytına istinadən xəbər verir ki, hadisə mayın 17-də saat 18 radələrində rayonun Əmili kəndində qeydə alınıb.

Rayon sakini Rüstəm Məmmədov idarə etdiyi "VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb, digər yaralının vəziyyəti orta-ağırdır.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR