Qəbələdə meşə yanır

OXUNUB: 712 HADİSƏ

Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında yanğınlar baş verib.

Alovun yayılmasının qarşısı alınıb, yanğınlar nəzarətə götürülüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

İcmal.Az

RƏYLƏR