Qəbələyə istirahətə gedən gənclər qəzaya düşdü: 6 yaralı

OXUNUB: 465 HADİSƏ

Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində "Merсedes” markalı minik və "İveco” markalı yük avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa

 

İcmal.Az

RƏYLƏR