Qənirə Paşayeva Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət edib - MASALLIDA

OXUNUB: 510 SOSİAL
7NEWS.az xəbər verir ki,Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Masallıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Güllütəpə kəndindəqəhrəman şəhidimizFirdovsi Bağırzadəninailəsini,Viləş(Kalinovka)kəndindəqəhrəman şəhidimizNurlan Əsgərovunailəsini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları, ailı üzvləri də bizim üçün çox qiymətlidir. Millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib.Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.
Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q.Paşayeva "o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi", - deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz", - deyib.Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva,Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman yanınızdayıq deyiblər.Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının borcudur.

RƏYLƏR