Qənirə Paşayeva tələbələr çağırış etdi

OXUNUB: 720 SOSİAL

Millət vəkili Q.Paşayeva Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresində çıxış edib,vacib məqamlarla bağlı çağırış edib.

Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Q.Paşayeva Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresində çıxış edib, bir sıra vacib məqamlarla bağlı çağırış edib. Millət vəkili ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və həllini gözləyən problemlərə toxunub və bildirib ki indi 3 ciddi istiqmətdə işlərin daha da surətlənməsinə böyük ehtiyac var. İlk öncə savadlı həkimlərimizin daha da artmasına böyük ehtiyac var deyən millət vəkili tələbələri bu önəmli peşəni dərindən öyrənməyə çağırıb. 2-ci cavib məsələ tibb profilaktikanı və əhalinin tibbi maarifləndirməsini daha da gücləndirməkdir deyən millət vəkili Q.Paşayeva bu məsələnin səhiyyəmiz qarşısında duran ən vacib məsələlərdən biri olduğunu xüsusi vurğulayıb. 3-cü vacib məsələ isə erkən diaqnostikadır deyən millət vəkili Q.Paşayeva bu istiqamətdə də fkirlərini söyləyib: ”Biz az əvvəl bir foyedə gənclərin tədqiqatları ilə tanış olduq. Mən çox sevindim. Bu cür gənclərimizin sayının daha da artmasına ehtiyac var. Onlar tədqiqatlarının tətbiq dairəsindən də danışdılar və bu çox vacib məsələdir. Bizim yüksək səviyyəli tibb kadrlarının daha da artamsına böyük ehtiyacımız var. Bizim dövrümüzdə Tibb Universitetində bu günkü imkanların əksəriyyəti yox idi amma siz indi bu imkanlara sahibsiniz və bunu dəyərləndirərək daha da yaxşı oxumalısınız ki əsl peşəkar olaraq millətin sağlamlığının yüksək səviyyədə keşiyində dura biləsiniz”. Millət vəkili Q.Paşayeva bu cür beynəlxalq elmi tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən də xüsusi danışaraq təşkilatçıları təbrik edib, konqresin işinə uğurlar diləyib.

Фото Ganire Pashayeva.

Фото Ganire Pashayeva.

İcmal.Az

RƏYLƏR