Qərar ilk oxunuşda qəbul edildi: Tələbələr əsgər aparılacaq

OXUNUB: 818 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Ermənistan parlamentinin bu gün keçirilən iclasında "Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib.

Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.

Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.

"Yelk” (Çıxış) bloku parlament fraksiyasının rəhbəri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının formalaşdırılması prinsipini özündə əks etdirən, həmçinin hərbi-sənaye kompleksinin inkişaf templərini nəzərdə tutan qanun layihəsini tənqid edib.

Yeni qanun layihəsinə əsasən, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi sülh dövründə müdafiə nazirinə, müharibə dövründə isə Ali Baş Komandana, yəni baş nazirə tabe olacaq.(azvision.az)
 
İcmal.Az

RƏYLƏR