Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının sammitinə dəvət edilib

OXUNUB: 514 DÜNYA

Qətər əmiri Tamim ben Hamad əl Tani Körfəz Əməkdaşlıq Şurası liderlərinin sammitinə dəvət edilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, tədbir dekabrın 5-6-da Küveytdə keçiriləcək.

Qətər əmirini tədbirə Küveyt lideri Sabah əl Əhməd əl-Caber əs-Sabah dəvət edib.

Bu şuraya Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı daxildir.

Xatırladaq ki, bu il iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıb.

İcmal.Az

RƏYLƏR