Qətər əmiri səfirləri iftar yeməyinə dəvət edib, onlarla zarafatlaşdı : “Bu gedişlə Londonda bir motosiklet qəzası baş versə, onun da səbəbkarını Qətər hesab edəcəklər”

OXUNUB: 974 DÜNYA SİYASƏT

Qətər əmiri Təmim bin Həməd əl Saninin, iki gün öncə diplomatlara verdiyi iftar yeməyində ölkəsinə qarşı tətbiq olunmuş embarqolarla bağlı dedikləri mətbuata sızıb.

Əl Sani iftar yeməyi zamanı səfirlərlə zarafatlaşıb.

Kral iyunun 7-də Türkiyə, Rusiya, Böyük Britaniya, Yaponiya, Çin və Fələstin kimi ölkələrin səfirlərini iftar yeməyinə dəvət edib.

Ziyafət boyu səfirlərlə zarafatlaşan əl Sani Böyük Britaniya səfirinə "Cənab səfir, bu gedişlə Londonda bir motosiklet qəzası baş versə, onun da səbəbkarını Qətər hesab edəcəklər” deyib.

Dünyadakı iqtisadi böhrandan danışan səfirlərə Qətər kralının zarafatla belə dediyi bildirilir: "Artıq özümüzü çox yormayaq, hər müsibətin səbəbkarı Qətərdir”

Qətər əmiri, ona aid edilən və Körfəz ölkələrini hiddətləndirən sözlərin rus hakerlərin işi olduğunun iddia edildiyini  söyləyərək, Rusiya səfirə zarafatla "Cənab səfir, ABŞ  Federal Təhqiqatlar Bürosuna  görə bu işi edənlər rus hakerləridir. Başımıza bu işi açanlar sizin uşaqlardır” deyib./avropa.info

 İcmal.Az


RƏYLƏR